Daşkəsəndə yeniyetmə qonşusunu bıçaqladı

01.05.2025

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Daşkəsən rayonunda qonşular arasında dava bıçaqlanma ilə nəticələnib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Yuxarı Daşkəsən qəsəbəsində qeydə alınıb. 2009-cu il təvəllüdlü Eltun Məmmədov münaqişə zəminində qəsəbə sakini, qonşusu 1995-ci il təvəllüdlü İmdad Həsənovu bıçaqlayıb.

Yaralı ilk olaraq Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Xəsarət alan şəxsin vəziyyəti orta-ağırdır. İlkin məlumata görə, insident söyüş üstündə baş verib.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью