Daşkəsəndə yol çökdü Video KONKRET

14.06.2026

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Daşkəsən rayonunda güclü yağışların və sel sularının yaratdığı fəsadlar nəticəsində yol çöküb.

KONKRET.az xəbər verir ki, Daşkəsən-Əmirvar-Qabaqtəpə yolunda sel sularının təsiri ilə iri yarğanlar əmələ gəlib.

Nəticədə yolun bir hissəsi, eləcə də asfalt örtüyü tamamilə çöküb.

Hazırda hadisə yerinə 31 saylı Yol İstismar İdarəsinin əməkdaşları cəlb olunub. Ərazidə vəziyyət qiymətləndirilir, çökmənin miqyası araşdırılır.

Məlumata görə, yolun bir tərəfindən istifadə etmək mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью