Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Daşkəsəndə yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunda qeydə alınıb. "QAZel" markalı yük maşını ilə minik avtomobili toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.