Daşkəsəndə zavodlar arasında 45 kilometrlik boru kəməri çəkiləcək

24.09.2026

Icma.az bildirir, Marja.az portalına istinadən.

Daşkəsən dəmir filizi layihəsi çərçivəsində təxminən 45 kilometr uzunluğunda xüsusi boru kəmərinin qurulması nəzərdə tutulur.

Marja.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.

Boru kəməri dəmir filizi konsentratının Zənginləşdirmə zavodundan Pellet istehsalı zavoduna fasiləsiz daşınmasına xidmət edəcək.

Dövlət Proqramına əsasən, layihə üzrə TİƏ tamamlandıqdan sonra tikinti və əlaqədar texnoloji infrastrukturun quraşdırılması mərhələsinə keçilməsi planlaşdırılır.

Bu infrastruktur Daşkəsəndə qurulacaq inteqrə edilmiş metallurgiya zəncirinin logistika komponentlərindən biri olacaq.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью