Daşkəsənə dolu yağıb

13.05.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə və ətraf rayonlarda müşahidə olunan qeyri-sabit hava şəraiti Daşkəsən rayonunda da öz təsirini göstərib.
APA-nın yerli bürosunun məlumatına görə, bu gün axşam saatlarında yağan leysandan sonra təxminən 5–10 dəqiqə ərzində rayonun bir neçə kəndinə dolu yağıb.

Dolu əsasən qısa müddətli olub və ciddi fəsadlara yol açmayıb.
Hazırda isə qərb bölgəsində yağıntılı hava şəraiti davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью