Daşkəsənə qar yağıb FOTO

16.04.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daşkəsənə qar yağıb.

APA-nın yerli bürosunun məlumatına görə, ötən gün axşam saatlarından Daşkəsən rayonuna və rayonun dağ kəndlərinə qar yağmağa başlayıb. Qar əsasən Xoşbulaq, Əhmədli, Əmirvar, Muşavaq, Dəstəfur, Yuxarı Daşkəsən qəsəbəsində qeydə alınıb. Rayonun özündə və kəndlərində hazırda da qar yağmaqda davam edir. Kəndlərdə qarın qalınlığı 5-7 santimetrdir.

Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri sabit hava şəraiti höküm sürür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью