Daşları toplamaq vaxtıdır kitabı təqdim olundu

03.07.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Marriot Bulvar Oteldə İrs Nəşrlər evinin nəşr etdirdiyi "Daşları toplamaq vaxtıdır" adlı kitabın təqdimatı keçirilib.

Bizimyol.info məlumat verir ki, kitabın ilk təqdimatı Fransanın Paris şəhərində keçirilib.

Kitab Qərbi Azərbaycana həsr olunub. İrs nəşriyyat evinin baş redaktoru Musa Mərcanlı öz çıxışında bildirib ki, kitab dörd dildə nəşr olunub, Qərbi Azərbaycanla bağlı tarixi faktlarla, real fotoşəkillərlə, məlumatlarla zəngindir.

Kitab Paşa Holdingə daxil olan Paşa Həyat Sığorta şirkətinin maliyyə dəstəyi ilə nəşr olunub.

Xatırladaq ki, indiyədək İrs Nəşrlər Evi bu şirkətin maliyyə dəstəyi ilə 30-dan çox kitabı hazırlayıb nəşr edib.

Seyid Əhmədli,

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью