Daşqın 303 can aldı

29.11.2025

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İndoneziyanın qərbindəki Şimali Sumatra əyalətində daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 303 nəfərə çatıb.

Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Agentliyi bildirib.

Daha əvvəl 248 nəfərin həlak olması, 100-dən çox insanın itkin düşməsi haqqında məlumat verilmişdi.

Musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində çaylar məcrasından çıxıb, minlərlə ev və binaya ziyan dəyib. Təxminən 3 min ailə təxliyə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью