Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.
Yazıçı Daşqın Eldarın uzun atəşkəs dövründə zabit və əsgərlərin keçdiyi çətin və əziyyətli xidmətdən, Azərbaycan ordusunun formalaşma məqamlarından bəhs edən “Yeddi 100 otuz iki” romanı “Lit.Art.Az” Ədəbi Agentliyinin təqdimatı ilə “Park” nəşriyyatında çapdan çıxıb.
Kulis.az xəbər verir ki, roman müəllifin Azərbaycan ordusunda iki illik xidməti dövründə şahid olduğu hadisələr və xatirələri əsasında qələmə alınıb.
Romanın redaktoru “Lit.Art.Az” Ədəbi Agentliyinin Baş redaktoru, yazıçı-publisist Hədiyyə Şəfaqətdir.
Qeyd edək ki, Daşqın Eldarı oxucular ədəbi saytlarda təqdim olunan hekayələri ilə tanıyırlar. “Ata Şuşa” hekayəsi Kulis.az saytının 2022-ci ildə keçirdiyi hekayə müsabiqəsində oxucu səsverməsinin qalibi olub, “Bənövşə xala” hekayəsi isə 2023-cü ildə Mir Cəlal adına 3-cü hekayə müsabiqəsində ikinci yer tutub.