Daşqın səbəbindən təxirə salınan İspaniya Kubokunun oyunlarının keçiriləcəyi vaxt bəlli olub

04.11.2024

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

İspaniya Kral Futbol Federasiyası (RFEF) daşqın səbəbindən təxirə salınan ölkə kubokunun oyunlarının keçiriləcəyi vaxtı açıqlayıb.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, "Ehea" - "Herkules" görüşü noyabrın 14-də, "Pontevedra" - "Levante" noyabrın 19-da, "Parla Eskuela" - Valensiya və "Manises" - "Xetafe" matçları isə noyabrın 26-da baş tutacaq.
"Espanyol" - "Real Sosyedad" qarşılaşmasının keçiriləcəyi tarix isə müəyyənləşməyib.
Qeyd edək ki, RFEF daha əvvəl İspaniya La Liqasının XII turunun “Valensiya” – “Real” (Madrid) və “Vilyarreal” – “Rayo Valyekano” oyunlarını təxirə salmışdı.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью