Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Filippində bir cütlük daşqınlardan sonra su basmış kilsədə toy edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Telegraph” yayıb.
Məlumata görə, Leyan Leza Qalanq və Gilbert Çiko cütlüyü Manilanın şimalında yerləşən katolik kilsələrdən birində toy təşkil etmək qərarına gəlib.
Cütlük ölkədə bir aydır davam edən daşqınlara baxmayaraq mərasimi təxirə salmamağa qərar verib.
Ümumilikdə mərasimdə 15 nəfər iştirak edib.
Sosial şəbəkələrdə mərasimdən görüntülər yayılıb. Həmin kadrlardan bəy-gəlinin və digər qonaqların yarıya qədər suyun içərisində olduğunu görmək mümkündür.
Qeyd edək ki, Filippində son bir aydır güclü musson yağışları müşahidə edilir. Son rəsmi məlumatlara görə, torpaq sürüşməsi və daşqın səbəbindən 34 nəfər həlak olub.