Daun sindromlu uşağa qarşı hiddət doğuran hərəkət VİDEO

11.04.2025

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Türkiyədə Ankaranın Etimesqut rayonundakı ticarət mərkəzində yerləşən uşaq meydançasında insanları hiddətləndirən hadisə baş verib.

Bakupost.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, meydançanı idarə edən əməkdaş 7 yaşlı Merti daun sindromlu olduğu üçün oyun meydançasına buraxmayıb.

Onun yaşıdı olan uşaqlar meydançada oynadığı halda oyun məkanına nəzarət edən qadın azyaşlını kənarda saxlayıb. O, Merti oyun meydançasına gətirən müəlliməsinə ona bilet satmayacağını deyib.

Məkanın əməkdaşlarının bu acımasız addımı müəlliməni və ticarət mərkəzinə gələnləri hiddətləndirib. Hadisənin videosu sosial şəbəkədə də geniş müzakirə yaradıb. Hər kəs fərqli uşağa olan davranışına görə ticarət məkanının əməkdaşlarını qınayıb.

Zaur,BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью