Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Səudiyyə Ərəbistanı hava limanına təcili eniş edən "FlyDubai" təyyarəsinin pilotlarının Oman və BƏƏ vətəndaşları olduğu ehtimal olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin "Ynet" xəbər portalı məlumat yayıb.
Portalın məlumatına görə, "Ben Qurion hava limanına uçan "FlyDubai" təyyarəsini qəsdən qəzaya uğratmaqda şübhəli bilinən pilot Oman vətəndaşıdır. İkinci pilot isə BƏƏ vətəndaşıdır".
Xatırladaq ki, Dubaydan Təl-Əvivə uçan "FlyDubai" təyyarəsi təcili vəziyyət siqnalı verərək Səudiyyə Ərəbistanında təcili eniş edib. Daha sonra aviaşirkət uçuş zamanı pilotlar arasında dava düşdüyünü təsdiqləyib.