Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Maraqlı hadisə ABŞ-də baş verib.
Avtosfer.az xəbər verir ki, Dallas-Nyu-Cersi reysini yerinə yetirən təyyarədə 2 sərnişin arasında mübahisəyə görə laynerin marşrutu dəyişdirilib. İrqi zəmində təhqirə məruz qaldığını deyən sərnişin qeyri-etik ifadələr işlədib və dava salıb. Vəziyyəti nəzarətə ala bilməyən stüardessa keçmiş polis zabiti olan sərnişinin köməyi ilə aqressiv kişini kresloya skoçlayıb. Gəmi komandiri isə marşrutu dəyişərək yaxınlıqdakı Baltimor hava limanına təcili eniş edib.
Dava salan sərnişini Federal Təhqiqat bürosunun əməkdaşları salondan çıxardıqdan sonra təkrar uçuşa icazə verilib. Ona qarşı rəsmi ittiham irəli sürülüb və həbs edilib.
Vüqar