Dava xəbərinə gedən polislər hadisə yerində ağır yaralanıb

21.11.2024

Sonxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dava xəbərinə gedən polislər hadisə yerində ağır yaralanıb

İzmirin Seferihisar rayonunda dava xəbərinə gələn polis qruplarına silahlı hücum olunub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 polis məmuru yaralanıb. Şübhəlilər hadisə yerindən qaçıblar.

Hadisədən sonra məhəllə sakinləri küçəyə çıxaraq polisləri yaralayan şəxsin iş yerini daşqalaq edib.

Hadisə yerinə sövq edilən təcili tibbi yardım tərəfindən xəstəxanaya aparılan polislərdən ikisinin vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı istintaq başladılıb.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью