Dava zamanı polisin başını əzməyə çalışdı DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

11.03.2025

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Türkiyədə dava zamanı bir nəfər yol polisinin başına tullanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Aydın şəhərinin Bozdoğan qəsəbəsində baş verib.

Dəvə döyüşü festivalında gözlənilmədən tərəflər arasında dava yaranıb. Ərazidə olan yol polisi onları ayırmaq üçün dava iştirakçılarına müdaxilə edib. Bu zaman naməlum şəxs tullanaraq, polisin başını əzməyə çalışıb. Bu anları ətrafda olanlardan biri telefonla çəkib.

Görüntülər sosial şəbəkələrdə yayılıb və faktla bağlı cinayət işi açılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью