Dava zamanı qohumlarını ayıran polis öldürüldü VİDEO

10.10.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Kahramanmaraş vilayətində qohumlar arasında baş verən davanı ayırmağa çalışan polis əməkdaşı güllələnərək öldürülüb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Türkoğlu rayonunun Beyoğlu məhəlləsində qeydə alınıb.

İddialara görə, əvvəldən aralarında ədavət olan iki qohumlar arasında mübahisə yaranıb. Mübahisə qısa müddətdə davaya çevrilib.

Bu zaman polis əməkdaşı Seyfullah Orçan araya girərək qohumlarını sakitləşdirməyə və davanı dayandırmağa çalışıb. Lakin onun əmisi oğlu Alihan Orçanın ov tüfəngindən açdığı atəş nəticəsində polis ağır yaralanıb.

Hadisə yerinə dərhal jandarma və təcili tibbi yardım briqadaları çağırılıb. Yaralı polis təcili yardım avtomobili ilə Türkoğlu Dövlət Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra qaçan Alihan Orçan jandarma əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, həyatını itirən Seyfullah Orçan Qaziantepin Nurdağı rayonunda polis əməkdaşı kimi çalışırmış. O, hadisə zamanı məzuniyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью