Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bütün dünya erməni xislətinə uyğun olan saxtakarlıqları hər zaman izləyib və yenə də həmin saxtakarlıq davam edir.
Özü də saxtakarlıq erməni cəmiyyətində baş nazir səviyyəsində müşahidə edilməkdədir.
Yenə də erməni baş nazir Nikol Paşinyanın saxtakarlıq etdiyini artıq haylar özləri də etiraf edirlər və Ermənistana məxsus mətbuat səhifələrində də bu barədə açıq-aşkar şəkildə qeyd edilməsi bir ölkə rəhbəri üçün olduqca utancvericidir.
Saxtakarlıq demokratik prinsiplərin pozulması deməkdir İşğalçı ölkənin baş naziri Nikol Paşinyanın seçki saxtakarlığının davam etməsi artıq açıq-aydın şəkildə haylar tərəfindən etiraf edilir.
Çünki onun saxtakarlıqlarını davamlı şəkildə müşahidə etməkdədirlər.
Bir zamanlar əli sarıqlı, beli çantalı küçə nümayişçisi kimi meydanlarda peyda olan və bundan istifadə edərək, Qərbin layihəsi kimi siyasi meydana atılan Vovayeviçin elə üsyankar mövqeyinin də hakimiyyəti ələ keçirmək üçün bir saxtakarlıq olduğunu gec də olsa haylar başa düşüblər, amma artıq çox gec olduğunun da fərqindədirlər deyə, hələlik “səslərini çıxarmırlar”.
Lakin bu o demək deyil ki, indi də erməni cəmiyyəti onun davam edən saxtakarlıqlarını görmür.