Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ümumdünya Su-Bataqlıq Günü və Azərbaycan Gəncləri Günü münasibətilə “Davamlı biomüxtəliflik siyasətinin formalaşdırılmasında gənclərin rolu” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə iştirak edən Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərə biomüxtəlifliyin qorunmasının əhəmiyyəti, su-bataqlıq ekosistemlərinin ekoloji tarazlığın saxlanılmasındakı rolu, həmçinin davamlı ekoloji siyasətin formalaşdırılmasında gənclərin iştirakının vacibliyi barədə məlumat verilib, könüllülük fəaliyyətinin biomüxtəlifliyin qorunmasına verdiyi töhfələr barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Nazirlik tərəfindən həyata keçirilən bu kimi təşəbbüslər 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü 2026 və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkədə ekoloji təşəbbüslərin təşviqinə, ətraf mühitin mühafizəsi sahəsində ictimai fəallığın artırılmasına xidmət edir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin