David Alaba 1 ildən sonra sıraya döndü

29.12.2024

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

 "Real Madrid"in xaçvari diz bağları qopduğu üçün ötən ilin dekabrından meydana çıxmayan müdafiəçisi David Alaba problemi geridə qoyub.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, Avstriya millisinin 32 yaşlı futbolçu sabah İspaniya nəhənginin məşqlərinə qatılacaq.

Mənbə Alabanın tam sağaldığını və artıq rəsmi matçlarda oynaması üçün hər hansı maneə qalmadığını vurğulayıb.

Xatırladaq ki, "Real" La Liqanın XII turundan təxirə salınmış oyunda "Valensiya"nın qonağı olacaq. Qarşılaşma yanvarın 3-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью