David Alaba İtaliya klubuna transfer olundu

23.09.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avstriya millisinin müdafiəçisi David Alaba karyerasını İtaliya çempionatında davam etdirəcək.

Jurnalist Fabritsio Romanonun yaydığı məlumata görə, 32 yaşlı futbolçu "Udineze" ilə transfer məsələsində razılığa gəlib. Tərəflər bütün əsas detalları şifahi şəkildə razılaşdırıblar.

Hazırda keçidin rəsmiləşməsi üçün hüquqi prosedurların tamamlanması gözlənilir. Bundan sonra Alabanın "Udineze"yə transferinin rəsmi elan olunacağı bildirilir.

Qeyd edək ki, daha əvvəl "Roma", "Latsio" və "Barselona"nın da Alabanın xidmətində maraqlı olduğu barədə xəbərlər yayılmışdı.

David Alaba 2021-2026-cı illərdə "Real"ın formasını geyinib. O, Madrid klubunda bütün turnirlər üzrə 132 matçda meydana çıxıb, 5 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçu ötən yay azad agent statusu alıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью