David Alabanın yeni klubu müəyyənləşdi

23.09.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

David Alabanın yeni klubu müəyyənləşdi

Avstriyalı müdafiəçi David Alaba karyerasını İtaliyada davam etdirəcək.

QOL.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, 32 yaşlı futbolçu “Udineze”yə keçidlə bağlı razılığa gəlib. Tərəflər şifahi olaraq bütün məsələlərdə razılaşıblar. Hazırda yalnız hüquqi prosedurların tamamlanması qalır. Bundan sonra transferin rəsmi şəkildə açıqlanması gözlənilir.

Daha əvvəl “Roma”, “Latsio” və “Barselona”nın da Alabanın xidmətində maraqlı olduğu barədə məlumatlar yayılmışdı.

Alaba 2021-2026-cı illərdə “Real”ın formasını geyinib. O, bu müddətdə bütün turnirlərdə 132 oyuna çıxıb, 5 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçu ötən yay azad agent statusu alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью