David de Xea Fənərbaxçaya keçə bilər

14.05.2025

Icma.az bildirir, Operativ MM portalına istinadən.

"Fiorentina"da çıxış edən ispaniyalı qapıçı David de Xea Türkiyə Superliqasına keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.

Məlumata görə, 34 yaşlı qolkiperlə İstanbulun "Fənərbaxça" klubu maraqlanır.

De Xea türk nəhənginə azad agent kimi keçə bilər, çünki "bənövşəyilər" ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir.

Futbolçunun transfer dəyəri 5 milyon avro qiymətləndirilir.

İtaliya çempionatının cari mövsümündə David Florensiya yığmasının heyətində 33 oyun keçirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью