David de Xea Kriştiano Ronaldonu heyvana bənzətdi

22.07.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Fiorentina"nın qapıçısı David de Xea "Əl-Nasr"ın hücumçusu Kriştiano Ronaldo haqda danışıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Cronache di spogliatoio" nəşrinə açıqlama verib:

"Kriştiano bir heyvandır. Məncə, mən sizə artıq eşitdiyinizi deyirəm, çünki bu, normal deyil. Onun 40 yaşı var və hələ də qol vurur və titullar qazanır.

Ronaldo kimi özünə diqqət yetirən futbolçu görməmişəm. Onun kimi oyunçular dünyaya nadir hallarda gəlir. Bir-iki il yüksək səviyyədə oynaya bilərsən. Amma iyirmi il belə oynamaq zirvədə qərarlaşmaq hər futbolçuya qismət olmur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью