David Ferrer İspaniya millisindən ayrılacağını açıqladı

15.10.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İspaniya tennis millisinin kapitanı David Ferrer 2026-cı il Devis Kubokunun final mərhələsindən sonra vəzifəsindən ayrılacağını açıqlayıb.

İdman.Biz xəbər verir ki, karyerası ərzində təkbətək yarışlarda 27 titul qazanan və dünya reytinqində üçüncü pilləyə qədər yüksələn sabiq tennisçi bu barədə X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Hamıya salam!

Bildirmək istəyirəm ki, bu, Devis Kubokunda kapitan kimi son ilim olacaq. 2027-ci ildə bu vəzifədə çalışmayacağam.

Arzularımdan birini həyata keçirmək, ölkəmin Devis Kubokundakı komandasının kapitanı olmaq imkanı yaratdığı üçün İspaniya Kral Tennis Federasiyasına (RFET) təşəkkür edirəm.

Həmçinin bu yolda mənimlə birlikdə olan bütün oyunçulara və insanlara minnətdarlığımı çatdırmaq istəyirəm. Onlarla bu yolu keçmək mənim üçün böyük şərəf idi. Qərarımın səbəbləri yalnız şəxsi xarakter daşıyır və həyatımda yeni mərhələyə başlamaq istəyimlə bağlıdır.

İndi məni motivasiya edən yeganə məqsəd İspaniya millisini növbəti Devis Kuboku tituluna çatdırmaqdır. Bolonyada bizi çox gözəl vəzifə gözləyir. Həmişə olduğu kimi, orada da əsas qəhrəmanlar məhz tennisçilər olacaqlar.

Hamınıza təşəkkür edirəm. Gəlin, bu məqsədə doğru irəliləyək!” – deyə Ferrer yazıb.

Qeyd edək ki, Devis Kubokunun final mərhələsi noyabrın 24-dən 29-dək keçiriləcək. Turnirdə İtaliya, Cənubi Koreya, İspaniya, Avstriya, Almaniya, Böyük Britaniya, Çexiya və Kanada milliləri mübarizə aparacaqlar.

Ötən il Devis Kubokunun qalibi İtaliya yığması olub.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью