David Luisə iki müştəri İdman və Biz

29.12.2024

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Flamenqo”nun futbolçusu David Luis klubunu dəyişə bilər.

İdman.biz xəbər verir ki, 37 yaşlı mərkəz müdafiəçisi Braziliyanın digər iki komandasının maraq dairəsindədir.

“Korintians” və “Fortaleza” müqaviləsi başa çatacaq futbolçunu yayda azad agent kimi ələ keçirmək istəyir. 2021-ci ildən “Flamenqo”da forma geyinən Luis son mövsümün 23 matçında 3 qol vurub.

Qeyd edək ki, David karyerası ərzində “Benfika”, “Çelsi”, PSJ və “Arsenal” kimi klublarda çıxış edib. O, Braziliya millisində 57 oyun keçirib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью