David Luizin yeni klubu bilindi

21.01.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Braziliya millisinin, "Çelsi" və PSJ sabiq müdafiəçisi David Luizin yeni klubu müəyyənləşib.

QOL.az xəbər verir ki, 37 yaşlı futbolçu karyerasını "Fortaleza Esporte"də davam etdirəcək. Bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Luiz komandaya azad agent kimi keçib. Tərəflər 2026-cı il dekabrın 31-dək müqavilə imzalayıblar. 

Qeyd edək ki, David Luiz 2021-ci ildən formasını geyindiyi "Flamenqo"dan bu ay ayrılıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью