David Moyes sabiq klubu ilə danışıq aparır

10.01.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Devid Moyes yenidən “Everton”u çalışdıra bilər.

QOL.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Şotlandiyalı mütəxəssisin Mersisayd təmsilçisi üçün əsas prioritet olduğu bildirilib. Hazırda tərəflər arasında danışıqlar gedir.

Qeyd edək ki, Moyes daha əvvəl 2002-2013-cü illərdə “Everton”u çalışdırıb.

“Everton” hazırda Premyer Liqada 17 xalla 16-cı sıraadadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью