David Qurgenidze: Gürcüstan və Azərbaycan universitetləri arasında əməkdaşlığın genişləndirilməsi vacibdir

16.11.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tbilisi, 16 noyabr, AZƏRTAC

Gürcüstan və Azərbaycan universitetləri arasında əməkdaşlığın genişləndirilməsi, ali təhsil sahəsində əlaqələrin inkişafı və birgə akademik layihələrin həyata keçirilməsi vacibdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Texniki Universitetinin rektoru, Gürcüstanın Ali Təhsil Müəssisələri Rektorlarının Daimi Konfransının sədri akademik David Qurgenidze Gürcüstan-Azərbaycan Rektorlar Konfransının açılışında çıxışı zamanı söyləyib. O qeyd edib ki, iki ölkə arasında mövcud olan dostluq münasibətləri ali təhsil sahəsində də əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaradır. Onun sözlərinə görə, çoxsaylı azərbaycanlı tələbələrin Gürcüstanda ali təhsil alması bu əlaqələrin əhəmiyyətini bir daha göstərir. Universitetlər arasında əməkdaşlığın daha da genişləndirilməsi, birgə təşəbbüslərin və akademik əlaqələrin inkişafı qarşılıqlı maraq doğurur.

David Qurgenidze konfransın keçirilməsini iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью