Dogru.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Magen David Azerbaijan” İnsan Hüquqlarının Müdafiəsi və Xeyriyyəçilik Cəmiyyətinin sədri David Seliverstov sosial şəbəkə hesabında paylaşdığı videoda hüquq müdafiəçisi Çingiz Qənizadə, Rəşad Allahverdiyev və Nəsimi Məmmədovun açıqlamalarına münasibət bildirib.
Doğru.az xəbər verir ki, Seliverstov 90 min dollar məsələsi ilə bağlı səsləndirilən fikirlər arasında ziddiyyətlərin olduğunu iddia edib.
O, Rəşad Allahverdiyevin videonun montaj edilməsi ilə bağlı iddiasını qəbul etməyərək orijinal görüntülərin mövcud olduğunu bildirib. Seliverstov həmçinin Nəsimi Məmmədovun əvvəlki və sonrakı açıqlamaları arasında fərqlər olduğunu qeyd edib.
David Seliverstov “polisləri tökəcəm” ifadəsi ilə bağlı səsləndirilən iddianı da rədd edib və belə bir söhbətin olmadığını bildirib.
Seliverstov Çingiz Qənizadənin hüquq müdafiəçisi kimi fəaliyyət göstərdiyini xatırladaraq, hər hansı cinayət faktı barədə məlumat varsa, bunun hüquq-mühafizə orqanlarına təqdim edilməsinin daha doğru olduğunu vurğulayıb.
O, həmçinin əvvəl 100-ə qədər şikayətdən, daha sonra isə 7 şikayətdən danışılmasını sual edib.
David Seliverstov 90 min dollar məsələsinin 8 ay sonra gündəmə gətirilməsinin səbəbinin də açıqlanmalı olduğunu bildirib.
Seliverstov ailə üzvlərinin adlarının və şəkillərinin media müzakirələrinə cəlb edilməsini qəbuledilməz hesab edib. O, bununla bağlı hüquqi prosedurlara başlanıldığını açıqlayıb.
“Çingiz Qənizadə mənim onlardan 1,5 milyon dollar istədiyimi bildirir. Xeyr, istəmirəm, tələb edirəm ki, dövlətə vurulan zərərin qalan hissəsi də ödənilməlidir”, – deyə Seliverstov bildirib.
O, məsələnin bundan sonra hüquqi müstəvidə həll olunacağını və mübarizəni davam etdirəcəyini vurğulayıb.
David Seliverstovun sosial şəbəkədəki özünün şəxsi səhifəsində paylaşdığı həmin videoları aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz:
https://www.facebook.com/share/v/19AWnFLfz7/
https://www.facebook.com/share/1DX4bdniGj/
Qeyd: Yazıda səsləndirilən ittiham və iddialar David Seliverstovun açıqlamalarına əsaslanır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
DOĞRU.AZ