Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Britaniyalı komediyaçı və uşaq kitabları müəllifi Devid Villiams ətrafında yaranmış qalmaqal yeni mərhələyə keçib.
Kulis.az xəbər verir ki, onun keçmiş nəşriyyatı “HarperCollins” rəhbərliyi illərlə əməkdaşlardan daxil olan şikayətləri ört-basdır etməkdə ittiham olunur.
“ITV News” və “The Guardian”ın birgə araşdırmasına danışan keçmiş əməkdaşlar şirkətin hüquq firması və məxfilik müqavilələrindən istifadə edərək qadınların iddialarını susdurmağa çalışdığını bildiriblər. Onların sözlərinə görə, rəhbərliyə Villiamsın davranışları ilə bağlı dəfələrlə məlumat verilsə də, vaxtında tədbir görülməyib.
Nəşriyyat 2023-cü ildə iddiaları araşdırmaq üçün hüquq firması cəlb edib, proses 2024-cü ildə yekunlaşıb. Keçmiş işçilər isə araşdırmanın məqsədinin problemi həll etmək yox, şikayətləri nəzarətdə saxlamaq olduğunu iddia edirlər. “HarperCollins” şirkəti əməkdaşların təhlükəsizliyinə ciddi yanaşdığını, araşdırmanın başa çatdığını və müvafiq addımlar atıldığını bildirib. Villiams isə ona qarşı irəli sürülən ittihamları və iş yerində təqib iddialarını rədd edir. Britaniya polisi də nəşriyyatla bağlı şikayətlərdən ayrı olan digər ciddi iddiaları araşdırır.
Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı Qadağan olunmuş 12 min kitab ictimaiyyətə təqdim olunur