Cbcsport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Zirə"nin legioneri Davit Volkov Misli Premyer Liqasında 50-ci qolunu vurub. O, XV turun “Sumqayıt”la görüşündə (4:1) het-trikə imza atıb.
D.Volkovun matçdakı son qolu yubiley – 50-ci olub. Gürcüstanlı hücumçu buna Premyer Liqadakı 163-cü görüşündə çatıb.
Volkov Azərbaycanda üç klubda forma geyinib. O, “Zirə”də 27, “Sabah”da 16, “Qəbələ”də 7 qola imza atıb.
Davit Azərbaycan çempionatları tarixində 50 və daha çox qol vuran 41-ci futbolçudur.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.