Davit Volkov “Zirə”də tarixi göstəriciyə imza atdı

26.10.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Zirə”nin futbolçusu Davit Volkov Azərbaycan çempionatında eyni klubda 40 qol vuran 30-cu futbolçu olub.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hücumçu Premyer Liqanın doqquzuncu turunun “Sumqayıt”la ev matçında (3:2) fərqlənib.

Gürcüstanlı forvard 121-ci oyununda “40”a çatıb. Onun orta məhsuldarlığı 0,33-ə bərabərdir.

O, Fernando Peres (“Bakı”) və Mehman Allahverdiyevlə (“Kəpəz”) eyni göstəriciyə malikdir. Rekord isə “Qarabağ”da 109 dəfə fərqlənən Müşfiq Hüseynova məxsusdur.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью