Davit Volkovun xüsusi oyunu

17.02.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının 23-cü turunun “Sumqayıt”la oyunu (3:0) “Zirə”nin futbolçusu Davit Volkov üçün əlamətdar olub.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, 29 yaşlı gürcüstanlı hücumçu Bakı klubunda 100-cü matçını keçirib. O, bu görüşlərdə 34 qola imza atıb.

2020-22-ci illərdə oynadığı “Zirə”yə ötən yay qayıdan Volkov Premyer Liqada 80 (28 qol), ölkə kubokunda 12 (2 qol), avrokuboklarda 8 (4 qol) matç keçirib. O, “qartallar”ın heyətində 2020-ci il fevralın 1-də “Sabah”la görüşdə (2:0) debüt edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью