Daviti Çivçivadze: Çox çətin oyunlar olacaq

08.05.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

"Oyunçularımız hücumda və müdafiədə cox möhtəşəm performans göstərdilər və xarakter nümayiş etdirərək qalib gəldilər".

İdman.biz xəbər verir ki, bunu "Neftçi" basketbol komandasının məşqçisi Daviti Çivçivadze "Sabah"la oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasının final seriyasının 4-cü matçında qeydə alınan 84:66 hesablı qələbəni şərh edib: "Komandamın belə oyunun gördükdə çox sevinirəm. Ancaq bu final seriyasıdı və dörd qalibiyyətə kimidir. Növbəti görüşlərə hazırlaşmalıyıq, çünki çox çətin oyunlar olacaq. İnanıram ki, gələcək oyunlarda da ən yaxşı tərəfdən özümüzü göstərəcəyik. Komandamı layiqli qələbə münasibətilə ürəkdən təbrik edirəm".

Qeyd edək ki, "Neftçi" ardıcıl iki qələbə sayəsində hesabı bərabərləşdirib - 2:2.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью