Daviti Çivçivadze: Komandamızın potensialı var

26.02.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

"Bizim üçün üçüncü yer uğrunda mübarizədə çox vacib oyun idi".

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin basketbol komandasının məşqçisi Daviti Çivçivadze klubun mətbuat xidmətinə açıqlama deyib.

O, Azərbaycan Basketbol Liqasının XV turunda "Abşeron" ilə oyunda (80:56) qazanılan qələbəni şərh edib: “İlk olaraq hamını qələbə münasibətilə təbrik edirəm. Həmişə dediyim kimi, biz oyun ərzində müdafiəni düzgün qursaq, ribaundlara və ötürmələrə nəzarət etsək, hər zaman qalibiyyət qazana bilərik. Komandamızın bütün bunları etməyə potensialı var".

Qeyd edək ki, "Neftçi" mövsümdə 7-ci qələbəsini qazanıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью