Daviti Çivçivadze: Öz komandamla fəxr edirəm

04.03.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bugünkü oyun bizim üçün çox vacib idi. A qrupunda ilk üç yer üçün mübarizə aparırdıq".

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin basketbol komandasının məşqçisi Daviti Çivçivadze klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasında "Naxçıvan"a üzərində qazanılan 114:70 hesablı qələbəni şərh edib: "Bu qarşılaşma bizə müdafiədə aqressivliyin və hücumda komanda oyununun vacibliyini bir daha göstərdi. Öz komandamla fəxr edirəm və layiqli qələbə münasibətilə bütün oyunçularımı təbrik edirəm. Biz bu tempdə davam etməliyik. Eyni zamanda, səhvlərimizin üzərində çalışmalıyıq. Rəqib çox güclü komandadır. Ancaq biz bu gün əla müdafiə olunduq və öz xarakterimizi ortaya qoyduq. Nəticədə rəqibimiz üzərində böyükhesablı qələbə qazandıq."

Qeyd edək ki, "Neftçi" mövsümdə 8-ci qələbəsini qazanıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью