Davkovadan Əliyevə: Buna görə təəssüflənirəm...

06.01.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

“Zati-aliləri.

Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Bu dəhşətli faciə zamanı insan tələfatına görə dərindən təəssüflənirəm.

Sizə, dost Azərbaycan xalqına və həlak olanların ailələrinə bu kədərli anlarda ölkəmizin vətəndaşları adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını diləyirəm”, - məktubda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью