Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Quba” basketbol klubunun legioneri Davonte Kraven klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, “Sumqayıt”a qalib gəldikləri oyunla bağlı bunları deyib: “Son oyunda “Sumqayıt”la görüşdə qələbə qazanmağı bacardıq.
Qalib gəldiyimiz üçün şadam. Matç şəxsən mənim üçün çox yaxşı keçdi. Komandama qalib gəlməyə kömək etmək üçün xallar ata bildim.
Buna görə də xoşbəxtəm. Fikrimcə, biz hər oyunda yaxşı performans sərgiləyirik.
Sadəcə biz əvvəlki matçların ikinci hissəsində konsentrasiyamızı itirirdik.
Rəqib komandalar da bundan həmişə istifadə edirdilər, sonda da uduzurduq.
Hiss edirəm ki, müdafiəmiz bəzi mövqelərdə əskikliklər olurdu və biz bütün diqqətimizi cəmləyə bilmirdik, konsentrasiyanı itirirdik.