Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Yanvarın 20-də Davosda Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsindən sonra bu telekanalın təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbir bir çox baxımdan diqqət çəkdi”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev bildirib.
Onun sözlərinə görə, bu tədbir Azərbaycanın son illərdə formalaşdırdığı siyasi, iqtisadi və geosiyasi xəttin açıq, sistemli və birbaşa beynəlxalq biznes və siyasi elita qarşısında təqdimatı idi: ”Burada səslənən fikirlər və verilən mesajlar göstərdi ki, Bakı artıq özünü yalnız regional aktor kimi deyil, daha geniş geoiqtisadi arxitekturanın ayrılmaz elementi kimi təqdim edir.
Tədbirin kontekstinin özü çox simvolik idi. Davos Dünya İqtisadi Forumu qlobal iqtisadi gündəliyin müəyyənləşdiyi platformadır və belə bir m
“Euronews” rəhbərliyinin çıxışında səslənən fikirlər isə bu marağın təsadüfi olmadığını açıq şəkildə ortaya qoydu.
Azərbaycan artıq “riskli regionda yerləşən ölkə” deyil, əksinə, mürəkkəb coğrafiyada sabitlik yarada bilmiş və bu sabitliyi iqtisadi fürsətə çevirən aktor kimi təqdim olunur.
Misal üçün Pedro Varqasın çıxışında Qara Yanvar faciəsinə istinad etməsi və Azərbaycanın bu tarixi mərhələdən bu günə qədər keçdiyi yolun vurğulanması mənə görə təsadüfi deyildi.