Davos platformasından sülh siqnalı: Saziş seçkilərədək imzalana bilər? | Icma.az
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq. "Ermənistan konstitusiya dəyişikliyi ilə bağlı öhdəlik götürərsə, yekun sülh müqaviləsi
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Azərbaycan Prezidenti İlham Əliyevin Davosdakı çıxışında səsləndirdiyi "sülh üçün öhdə
Ekspertin sözlərinə görə, bunun üçün ilk növbədə Prezident İlham Əliyevin daha əvvəl səsləndirdiyi fikirlərə diqqət yetirmək lazımdır: "Dövl
Azərbaycan Prezidentinin Davosda qeyd etdiyi kimi, hər iki dövlət başçısı sülhlə bağlı reallıqları qəbul edib.
Artıq müharibə dövrünün başa çatdığı və yeni anlaşma, sülh şəraitində qonşuluq siyasəti kontekstində yaşamağa üstünlük verildiyi açıq şəkildə görünür".
Natiq Miri bildirib ki, bundan sonrakı addımlar sülh prosesinə ciddi töhfə verən konkret praktik addımlardır ola bilər.
Politoloq İlham Əliyevin "sülh üçün öhdəlik götürülərsə, qısa zamanda sülh mümkün olar” fikrinə münasibət bildirərək vurğulayıb ki, burada dövlət başçısı rəsmi İrəvanın üzərinə götürəcəyi öhdəlikdən danışır: "Əgər bu öhdəlik Azərbaycanın şərtlərinin qısa müddətdə yerinə yetirilməsini nəzərdə tutursa, o zaman yekun sülh müqaviləsi Ermənistanda konstitusiya dəyişiklikləri baş verməmişdən əvvəl də imzalana bilər.
Lakin bunun üçün Ermənistan rəhbərliyi konstitusiyada yer alan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılmasını öhdəlik kimi üzərinə götürməlidir.
Tam oxu
Xəbəri oxu