Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünya liderlərinin Davosda bir araya gəldiyi Dünya İqtisadi Forumunda (WEF) qısamüddətli yanğın həyəcanı yaşanıb.
"Unikal" "FOX Business" xəbər verir ki, Dünya İqtisadi Forumunun keçiriləcəyi yer yanğın siqnalizasiyası səbəbindən müvəqqəti olaraq təxliyə edilib.
"Dünya İqtisadi Forumunun keçirildiyi Konqres Mərkəzi yaxınlıqdan tüstü qalxdıqdan sonra insanlar təxliyə edilib.
Yanğınsöndürənlər yanğını nəzarət altına aldıqdan sonra təxliyə başa çatıb", - KİV qeyd edib.
Böyük Britaniyada yerləşən LBC qəzetinin verdiyi məlumata görə, tüstü Konqres Mərkəzinin yaxınlığındakı kiçik taxta bir otaqda baş verən yanğın nəticəsində yaranıb.
Yanğın nəticəsində heç bir itki və ya ziyan qeydə alınmayıb.
Gülayə Mecid Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.