Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq. Prezident İlham Əliyev yeni qlobal nizamın şərtlərini açıqladı Prezident İlham Əliyev yan
Ölkə başçısı müsahibədə Azərbaycanın regional və qlobal miqyasda güclü və etibarlı dövlət olduğunu bir daha nümayiş etdirib.
Prezident müsahibəsində milli maraqların beynəlxalq hüquq çərçivəsində qətiyyətlə müdafiə olunduğunu vurğulayıb, Cənubi Qafqazda sülhün təmin olunması, Azərbaycan-Ermənistan münasibətlərində qarşıdurmadan əməkdaşlığa doğru dönüş, nəqliyyat və enerji layihələrinin icrası ilə regionda etimad mühitinin formalaşması kimi önəmli məsələlərə toxunub.
Prezident İlham Əliyev həmçinin Azərbaycanın enerji təhlükəsizliyində və Avropanın qaz tədarükündə oynadığı strateji rolu, ölkəmizin beynəlxalq əməkdaşlıq və sülh təşəbbüslərində aktiv mövqeyi barədə də ətraflı məlumat verib.
Bu müsahibə Azərbaycan dövlətinin milli maraqları, beynəlxalq hüquq prinsipləri və ədalətli sülh siyasətinə sadiqliyini bir daha təsdiqləyir.Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycan Prezidenti strateji məqsəd reallaşdırıb: “Cənab Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına müsahibəsi bir neçə istiqamətdən dəyərləndirilməlidir.
Birincisi, o baxımdan ki, dövlət başçımız bir daha dünya siyasətinə nəzər yetirərək bildirdi ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin heç də bütün üzvləri üçün artıq mütləq görünmür.
Yəni, bu normalar selektiv qaydarla tətbiq olunur. Bu baxımdan Azərbaycan önündə strateji bir məqsəd reallaşdırıb ki, milli maraqlar əsasınd
Təbii ki, biz bu milli maraqları həyata keçirərkən beynəlxalq hüquqa tam riayət etmişik.