Olke.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Davosda keçirilən debatlara münasibət bildirərək qlobal sistemlə bağlı Ankaranın uzun illərdir səsləndirdiyi tənqidlərin artıq Qərb dünyasında da qəbul olunmağa başladığını vurğulayıb.
"Ölkə.az" xəbər verir ki, Ərdoğanın sözlərinə görə, bir vaxtlar qlobal sistemi tərifləyən Qərb liderləri bu gün həmin sistemin təhriflərindən, ədalətsizliklərindən və dərin problemlərindən açıq şəkildə danışırlar.
Türkiyə lideri qeyd edib ki, vaxtilə Ankaranı sərt şəkildə tənqid edən siyasi dairələr indi eyni mövqedən çıxış edirlər. Onun fikrincə, bu proses Türkiyənin qlobal ədalətsizliklərlə bağlı mövqeyinin nə qədər əsaslı olduğunu bir daha təsdiqləyir.(Musavat.com)