“Davosun təsisçisi” istefa verdi

21.04.2025

Icma.az, News24 saytına istinadən bildirir.

İsveçrənin Davos şəhərində hər il qlobal siyasət və iş dünyasını bir araya gətirən Dünya İqtisadi Forumunun (WEF) qurucusu Klaus Şvabın WEF-in qəyyumlar şurasından istefa verdiyi açıqlanıb.

News24.az xəbər verir ki, WEF mərkəzi Cenevrədə yerləşən qurum bu ayın əvvəlində verdiyi açıqlamada 87 yaşlı Şvabın vəzifədən gedəcəyini bildirsə də, nə vaxt olacağı barədə məlumat verməyib.

"Son bəyanatımdan sonra və 88 yaşıma yaxınlaşdığım üçün prezident, Qəyyumlar Şurasının üzvü vəzifəmi tərk etmək qərarına gəldim" deyən Şvab WEF-in bu gün yaydığı bəyanatda qərarın dərhal qüvvəyə minəcəyini də bildirib.

Günel Məlikzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью