Davranışı yaradıcılığına mane olurdu

28.11.2024

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

"Mənə görə İlhamə Quliyevanın sənəti ölümündən sonra görsəndi, sanki eşidildi. Sən demə, necə gözəl mahnılar və necə böyük ürəklə oxuyubmuş".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Saleh Bağırov mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı paylaşımında yazıb. O bildirib ki, İ.Quliyeva vəfat edəndən sonra onun sənəti daha çox qabarıb:

"Şəxsiyyəti, kimliyi, davranışı yaradıcılığına o qədər mane olurdu və üstündən xətt çəkirdi ki... , həm özünün, həm də yaradıcılığının üstündən. Bəlkə heç fərqində deyildi özü... Bir məsələ də mənə maraqlıdır: Belə bir ürəyin sahibi necə elə bir xasiyyətə malik ola bilər axı?!".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью