Davranışına görə komandadan uzaqlaşdırıldı

31.03.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Davranışına görə komandadan uzaqlaşdırıldı

Antoni Marsyalın karyerasındakı eniş davam edir.

QOL.az xəbər verir ki, TUDN nəşrinin məlumatına görə, fransalı hücumçu “Monterrey”də əsas komandadan kənarlaşdırılıb.

Buna səbəb onun “Çivas Quadalaxara” ilə oyunda meydana buraxılmamasına verdiyi aqressiv reaksiya olub. Baş məşqçi Nikolas Sançezin qərarı ilə Marsyal bir həftəlik komandadan uzaqlaşdırılıb və kollektiv məşqlərdə iştirak etməyəcək.

Meksika mətbuatı futbolçunun zəif performansını və intizamsız davranışlarını kəskin tənqid edir.

Qeyd edək ki, “Mançester Yunayted”in sabiq futbolçusu cari mövsümdə 20 oyunda cəmi 1 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью