Icma.az, Idman.biz portalına istinadən məlumat verir. “Oyunları arenadan izləyirəm və komandanın yanında olduğumu daim hiss etdirməyə çalışı
Bunu İdman.biz-ə minifutbol üzrə Azərbaycan millisinin sabiq qapıçısı Davud Kərimi deyib.
O, Bakıda təşkil olunan dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində bu gün baş tutacaq Azərbaycan – İngiltərə matçı öncəsi fikirlərini açıqlayıb.
Kərimi bildirib ki, maraqlı oyun keçəcək: “Ümid edirəm ki, matç bizim qələbəmizlə bitəcək.
Azərbaycan millisinin bu oyunda şanslarını daha yüksək qiymətləndirirəm. İngiltərə də çox yaxşı rəqibdir”.
Kərimi millimizin mərhələ adlayacağı halda güclü rəqiblərlə oynayacağını qeyd edib: “1/8 finalda son dünya çempionu Rumıniya yığmasını mübarizədən kənarlaşdırdılar.
Mənə elə gəlir ki, həmin matçı erkən final da adlandırmaq olardı. Qarşıdakı rəqiblər də çox güclüdür. Onları da ciddiyə almaq lazımdır.
Hazırda komandanın tam olaraq komplektləşib, oyunçularımızın sayı da çoxdur.