Davud Namazlıdan bürünc medal

05.09.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Monteneqronun paytaxtı Podqoritsada təşkil olunan cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan milli komandası növbəti uğura imza atıb.

Futbolpress.az xəbər verir ki, 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Davud Namazlı fəxri kürsüyə qalxıb. Cüdoçumuz bürünc medal uğrunda gərgin keçən qarşılaşmada Niderland idmançısı Leonhard Fransensi qızıl xalla üstələyərək yarışın üçüncü pilləsində qərarlaşıb.

Bu bürünc mükafat Azərbaycan cüdoçularının Podqoritsadakı qitə birincilliyində qazandığı dördüncü medal olub. Qeyd edək ki, daha əvvəl millimizin heyətində Ayxan Mirzəzadə (60 kq), Məhəmməd Musayev (66 kq) və Süleyman Şükürov (90 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью