Davudoğlu saçlarını boyayıb? FOTO

18.04.2025

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun fotosu gündəm olub.

Metbuat.az xəbər verir ki, sabiq baş nazirin sosial mediada paylaşdığı foto birmənalı qarşılanmayıb.

Belə ki, bəzi istifadəçilər Davudoğlunu ABŞ-nin prezidenti Donald Trampa bənzədiblər.

Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özel ilə çəkdirdiyi fotonu paylaşan Davudoğlu isə saçlarını sarıya boyatdığı iddialarına zarafatla cavab verib:

“Dəyişmədim, dostlar. Eyni Əhməd Davudoğluyam. İşıq oyunlarına aldanmayın, amma bəyəndinizsə, o ayrı məsələdir”, - deyə o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью